Mikayıl Cabbarov: "Zəngilan" tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir"

Mikayıl Cabbarov: "Zəngilan" tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir"
SİYASƏT
14:42 18.05.2023
177
"Zəngilan" tankerinin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir.

AZXEBER.COM xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, "Zəngilan" tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb:

"Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir".
OXŞAR XƏBƏRLƏR