Mikayıl Cabbarovdan növbəti islahat: 50-yə yaxın direktor işdən çıxarıldı

Mikayıl Cabbarovdan növbəti islahat: 50-yə yaxın direktor işdən çıxarıldı
Bütün Xəbərlər
16:16 21.08.2014
7330
Xəbər verdiyimiz kimi, avqustun 20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.Müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak ediblər.Təhsil Nazirliyindəki mənbədən AZXEBER.COM-a verilən özəl məlumata görə, müşavirədən sonra Bakıdakı orta ümumtəhsil məktəblərinin direktorları kütləvi şəkildə işdən çıxarılıb və ya yerdəyişmə olub. Belə ki, 190 nömrəli məktəbin direktoru Afət Bakıxanova işindən azad olunub. Bundan başqa 83 nömrəli məktəbin direktoru Yaqut Sadıqova da işdən çıxarılıb.  Digər yerdəyişmələr və işdən çıxarılmalar haqda məlumat əldə edə bilmədik. Mənbənin dediyinə görə, 50-yə yaxın məktəbin direktoru vəzifəsinə dəyişiklik olub. Bundan başqa eyni ərazidə yerləşən məktəblər birləşib. 
Məsələylə bağlı Təhsil Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Nazirlik rəsmisi məzuniyyətdə olduğunu və bu barədə heç bir məlumatı olmadığını dedi.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR