Azərbaycan Respublikası təhsil nazirinin 1 oktyabr 2013-cü il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Nazirlikdən verilən məlumata görə, nazirin qəbulu 8 oktyabr 2013-cü il tarixinə keçirilib.Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr 2013-cü il tarixlərində saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.