Tez-tez toyuq, hinduşka və yumurta yeyənlər üçün quş qripi və bakterial xəstəliklərlə bağlı xəbərdarlıq edilib.
AZXEBER.COM xəbər verir ki, Afyon Kocatepe Universiteti Mikrobiologiya elm sahəsi üzrə müəllim Esra Şeker quş qripi və bakterial xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün quş əti və yumurtalarının yüksək temperaturda bişirilməsi lazım olduğunu bildirib.
Həkim salmonella kimi quşlardan insanlara keçən xəstəliklərin quş əti və quş yumurtalarının istehlakı ilə keçə biləcəyini izah edib.
Bu xəstəliklərin qarşısını almaq üçün quş əti və yüksək temperaturda bişmiş yumurta istehlakının vacib olduğunu vurğulayan Esra Şeker çiy yumurta və çiy yumurtadan hazırlanan məhsulların istehlak edilməməsi lazım olduğunu da bildirib.
O, həmçinin yumurtanın soyuducuda saxlanmasını və istehlakdan əvvəl yuyulmasını təklif edib.
Ayşən