'Milan' 'Arsenal'ı darmadağın etdi

İDMAN
13:00 16.02.2012
1600

Dünən axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

İtaliyada İngiltərənin "Arsenal" futbol klubunu qəbul edən "Milan", sözün əsl mənasında Arsen Vengerin komandasına futbol dərsi keçib. Belə ki, rəqibini mütün kompanentlərdə üstələyən italyanlar, qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıblar. Çox güman ki, artıq "Arsenal" UEFA Çempionlar Liqası ilə vidalaşaraq bütün diqqətini İngiltərə Premyer Liqasına yönəltməli olacaq. Rusiyada "Zenit" (Sankt-Peterburq) klubu doğma azarkeşləri önündə Portuqaliyanın "Benfika" klubunu qəbul edib. Gərgin keçən görüş Peterburq təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.  

"Milan" (İtaliya) – "Arsenal" (İngiltərə) - 4:0 Qollar: Boatenq, 15 (1:0), Robinyo, 38 (2:0), 49 (3:0), İbrahimoviç, 79-pen (4:0) 21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya) - 3:2

OXŞAR XƏBƏRLƏR