"Milan" Italiya çempionu oldu

İDMAN
05:37 08.05.2011
1958

Lider "Milan" səfərdə "Roma" ilə qarşılaşıb. Heç-heçə edəcəyi halda sona 2 tur qalmış çempionluğunu elan edəcək "Milan" minimum vəzifənin öhdəsindən gəlib. Oyunda qol olmayıb. Matç başladığı kimi bitib və "Milan" tarixində 18-ci dəfə İtaliya çempionu adını qazanıb.

Günün digər matçında isə "Palermo" autsayder "Bari"ni qəbul edib. Hesabı qonaqlar açsa da, "Palermo" ilk hissədəcə bərabərlik qolunu vurub. Fasilədən sonra hücumlarını davam etdirən ev sahibi ikinci qolu da vurub və matçı qələbə ilə bitirib.

Tur sabah keçiriləcək oyunlarla davam edəcək.

İtaliya A Seriyası
36-cı tur

7 may

"Palermo" – "Bari" – 2:1
Qollar: Mikkoli, 39. Bovo, 53 – Bentivoglio, 7.

"Roma" – "Milan" – 0:0

8 may

18:00. "Bolonya" - "Parma"
18:00. "Breşia" - "Kataniya"
18:00. "Kalyari" - "Çezena"
18:00. "İnter" - "Fiorentina"
18:00. "Leççe" - "Napoli"
18:00. "Udineze" - "Latsio"
23:45. "Cenoa" - "Sampdoriya"

9 may

23:45. "Yuventus" – "Kyevo"

/// premyerliqa.az

OXŞAR XƏBƏRLƏR