Millət vəkili İsa Qəmbərin təklifini absurd adlandırdı (EKSKLÜZİV MÜSAHİBƏ)

Millət vəkili İsa Qəmbərin təklifini absurd adlandırdı (EKSKLÜZİV MÜSAHİBƏ)
Bütün Xəbərlər
19:17 13.06.2011
1509

- 19 iyun tarixində İctimai Palatanın növbəti mitinqi planlaşdırılır. Bu haqda nə deyə bilərsiniz?

- Ümumiyyətlə, bundan əvvəlkilər də mitinq deyildi, mitinqə cəhd idi. Adətən mitinq, aksiya keçiriləndə onun nə məqsədlə, niyə keçirildiyi bəlli olmalıdır. Əgər bu bəlli edilmirsə, məqsəd bilinmirsə, əslində arxa plandakı məqsəd aydındı. Amma niyə məhz indi keçirilir? Bunlar nə istəyirlər? İndiyə qədər olan cəhdlər necə oldusa, bu cəhd də iflasa uğrayacaq. Mən düşünürəm ki, Dağlıq Qarabağla bağlı mürəkkəb danışıqların getdiyi zamanda bütün azərbaycanlılar bir yumruq kimi cənab prezidentin ətrafında birləşməlidir. Gedib yad qüvvələrə 5-ci kalonluq etmək lazım deyil. Mən bu fikirdəyəm ki, o qüvvələr ki, ölkə daxilində çaxnaşma, qarşıdurma yaratmaq istəyirlər, onları heç bir zaman xalqın maraqları düşündürməyəcək. Bu səbəbdən də onlara inam yoxdur. Məsələn, deyirlər ki, Bibiheybət də çox uzaqdır, ora gedə bilərik. Əgər doğurdan da onlar dediyi kimi narazıların sayı çoxdursa, vəziyyət dözülməzdirsə, onda orada gedib keçirtsinlər də. Amma onların məqsədi mitinq keçirmək də deyil. Onlar qarşıdurma yaratmağı düşünürlər. 

- Bu yaxınlarda gənclərlə görüşündə Müsavat başqanı İsa Qəmbər qeyd edib ki, Dağlıq Qarabağ mövzusunda hakimiyyətlə müzakirə apara, əməkdaşlıq edə bilərik. Sizin bu fikrə münasibətiniz necədir?

- Bu çox absurd bir bəyənatdır. Əgər Qarabağnan bağlı onların konkret planları varsa, hələ o vaxt ümummilli liderimiz də demişdir ki, əgər konkret planınız varsa, gətirin qoyun ortalığa, birgə müzakirə edək. Hər kəsə bəllidir ki, Dağlıq Qarabağ danışıqlarını bu hakimiyyət necə aparır, bu mövzuda hakimiyyətimiz necə prinsipialdır. Kaş ki, bu hakimiyyətdəki prinsipiallığın, cənab prezidentdəki prinsipiallığın onda biri bu fikri irəli sürənlərdə olardı.

 - Bu yaxınlarda millət vəkili Qüdrət Həsənquliyev siyasi məhbuslara və aktivist gənclərə azadlıq tələb edib. Siz bu haqda nə düşünürsüz?

- Mən ümumiyyətlə bu fikirdəyəm ki, gənclər ehtiyatlı olmalıdırlar. Onlar bilməlidir ki, o qüvvələr ki, onları qarşıdurmaya səsləyir, onların yanında olmaq lazım deyil. Baxın o gənclər gedirlər bu gün dəmir barmaqlıqlar arasına, onları ora yönəldənlər necə? Oturublar evlərində, uşaqları, ailələri ətrafında. O ki qaldı onların azadlığa çıxmasına, özünüz bilirsiz ki, cənab prezident neçə dəfə əfv fərmanı imzalayıb. Amma hələ istintaq gedirsə, siyasi hakimiyyət məhkəmə hakimiyyətinə təsir etməli deyil.

- Türkiyədə keçirilən Parlament seçkilərinin nəticələrini necə qarşıladınız? Nəticələr sizin üçün sürpriz olmadı?

- Yox, burada sürprizlik bir şey olmadı. Mən elə bu cür də gözləyirdim nəticələri. Çünki AKP son 9 illik fəaliyyəti dövründə Türkiyənin inkişafı üçün xeyli işlər görüb və elektorat da AKP-yə öz dəstəyini göstərdi.

Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR