Millət vəkili: “Nikah yaşını 18-ə qaldırsaq, nə olacaq?”

Millət vəkili: “Nikah yaşını 18-ə qaldırsaq, nə olacaq?”
Bütün Xəbərlər
06:56 07.05.2011
1729

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qızların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Milli Məclisə təkliflər hazırlayır. Bəzi millət vəkilləri, qadın təşkilatları buna tərəfdardır. MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Ailə Məcəlləsində nikah yaşının qaldırılmasının əleyhinədir.

Deputat bildirdi ki, məclisdə belə təklif irəli sürülərsə, onun əleyhinə çıxış edəcək. Onun fikrincə, ilk növbədə bunu törədən səbəbləri aradan qaldırılmalıdır: “Çünki nəticə ilə mübarizə apararaq nikah yaşını qaldırsaq, dərhal qeyri-rəsmi nikahların sayı artacaq”.

Hazırkı qanunvericilik 17 və istisna hallarda 16 yaşda nikaha icazə verir. Bununla belə, bu yaşda da qeyri-rəsmi nikahların, erkən nikahların sayı artır: “Nikah yaşını 18-ə qaldırsaq nə olacaq? Deməli, özümüz bilərəkdən qeyri-rəsmi nikahların artmasına rəvac vermiş olacağıq”.

Deputat erkən nikahların səbəblərini axtarmağı və aradan qaldırmağı daha önəmli sayır. Onun fikrincə, erkən nikahlar sosial, ənənə və mədəni fərqlilik səbəblərindən ortaya çıxır. Təbii ki, buraya təhsil almaq, peşə qazanmaq kimi hallarda yaranan problemlər də daxildir. Əksər bölgələrdə bu məsələdə sosial və ənənəvi səbəblər daha çox üstünlük təşkil edir. M.Quliyev hesab edir ki, bu stereotipi qırmaq üçün müvafiq orqanlar hərəkətə keçməlidir. İlk növbədə orta məktəblərdə yuxarı siniflərdə qızların ərə getməsi faktlarına qarşı hüquqi mübarizə gücləndirilməlidir: “Xüsusilə cənub bölgəsindən bu faktla bağlı xəbərlər daha çox gəlir. Orada orta məktəblərdə 9-cu sinifdən yuxarı, ümumiyyətlə, qızlara rast gəlinmir, əksəriyyəti ərdə olur. Ya da məktəbə getməyib, oturub evdə gözləyirlər ki, nə vaxt ərə gedəcəklər. Yəni birinci olaraq təhsil işçiləri çalışmalıdırlar ki, orta məktəbdən bu cür kobud yayınmanın qarşısı alınsın”.

Bundan başqa, orta məktəbdə oxuyan qıza, onun valideynlərinə məktəbi bitirdikdən sonra hansısa peşə ilə məşğul ola biləcəyi bildirilməlidir. Sözsüz ki, məzunların işlə təmin olunma problemi də aktualdır. Deputat deyir: “Mövcud stereotipi qırmayınca, nə qədər qanun dəyişsək də, bu problem həll olmayacaq”.

“Ayna” qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi