Millət vəkili: "Azərbaycanda kasıb ailə başçıları axtalansın"
Bütün Xəbərlər
09:56 16.03.2011
2111
Qəzetin məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Regnum” agentliyinə müsahibə verib və bu zaman sözün həqiqi mənasında bomba partladıb. YAP-çı deputat Azərbaycan tarixində ilk ola biləcək sensasion təklif irəli sürüb. H.Rəcəbli “Bioetika haqqında qanun layihəsi” barədə danışarkən və prinsipcə etiraz doğurmayan mülahizələrdən sonra birdən-birə çoxuşaqlı ailələrin başçılarına axtalanmağı təklif edir.