Millət vəkili Bəxtiyar Hacıyevin həbsindən danışdı

Millət vəkili Bəxtiyar Hacıyevin həbsindən danışdı
Bütün Xəbərlər
13:11 20.05.2011
1698

Bunlardan biri də hərbi xidmətdən yayınmaqla qanunları pozan Bəxtiyar Hacıyevdir. Onun faktiki olaraq ittiham olunduğu maddə unudularaq, siyasi mənsubiyyətinə görə həbs edilməsi qabardılır.

Millət vəkili, hüquqşünas Çingiz Qənizadə deyir ki, istənilən siyasi cəbhəyə mənsub olan şəxs qanun qarşısında cavabdehdir. “O cümlədən Azərbaycanın müharibə şəraitində olduğu bir dövrdə hərbi öhdəliklə bağlı kiməsə güzəşt olunmasını qeyri- məqbul hesab edirəm. Torpaqlarının 20 faizi işğal altında olan dövlətdə belə hallara görə güzəşt olmamalıdır. Təəssüf ki, buna baxmayaraq, son vaxtlar kiməsə qarşı bu cür ağır ittihamlar olduqda dərhal ondan yayınmaq üçün siyasi mənsubiyyəti ortaya atırlar. Hansı ki, bunun özü birbaşa qanunların pozulması deməkdir” - deyə millət vəkili vurğulayıb. Ç.Qənizadə qeyd edib ki, Azərbaycanda Vətənə xidmət istənilən formada mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın müqəddəs borcudur. “Yəni biz tez-tez bəyanat verək ki, lazım gəlsə torpaqlarımızı güc yolu ilə azad edəcəyik, amma bu tərəfdə də hərbi mükəlləfiyyətlərə görə güzəştlər edək, bu, hansı məntiqə sığar? Biz parlamentdə bu istiqamətdə qanun qəbul edərkən orada P.S. qoymuruq ki, hərbi mükəlləfiyyət hansısa şəxsə aid deyil. Ona görə də hesab edirəm Bəxtiyar Hacıyevin də məsələsini siyasiləşdirməyə ehtiyac yoxdur, Vətənə xidmət hamının borcudur” - deyə o, əlavə edib.

/// azadinform

OXŞAR XƏBƏRLƏR