O, müsahibədə həbsdə olan gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalan haqda da danışıb. "Həmin gəncləri siyasi məhbus adlandırmaq olarmı?" sualına millət vəkili belə cavab verib.
"Vallah mənim o gənclər haqda o qədər də informasiyam yoxdur. Heç onlarla bağlı fikir bildirmək də istəmirəm. Mən hər halda bilirəm ki, bu ölkədə kimsə şərlənib tutulmur, bu ölkədə kimsə nahaqdan barmaqlıqlar arasına salınmır və bu ölkədə sifarişli həbs yoxdur. Kim qanuna qarşı çıxırsa, kim qanunu pozursa o da qanunun tələb etdiyi çərçivədə öz cəzasını alır və almalıdır çünki cəzasız cəmiyyət, cəzasız dövlət gec-tez məhvə məhkumdur".