Millət vəkili Cabbar Savalanın həbsindən danışdı (EKSKLÜZİV)

Bütün Xəbərlər
14:22 05.05.2011
1952

İbrahimqızı AZXEBER.COM portalına eksklüziv açıqlamasında, Cabbar Savalanlının vaxtının məhkəmələrdə keçməsinə təəssüfləndiyni deyib. O, məhkəmənin işinə qarışa bilməyəcəyini də söyləyib: "Bildiyiniz kimi, Azərbaycanda məhkəmə tam ayrı bir hakimiyyətdir. Biz onların işinə qarışa bilmərik. Məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq. Kimsə məhkəmənin qərarından narazı olsa, yuxarı instansiyalara müraciət etmək ixtiyarındadır. Təbii ki, istəməzdim Cabbar Savalanlı həbsdə olsun. Bu gün hər bir gənc güclü təhsil almağa can atmalıdır. Mən çox təəsüf edirəm ki, Azərbaycan gəncləri hər hansı bir qüvvənin təsir altına düşür və onların fəaliyyətlərinin qurbanı olur. Baxın görün 1991-ci ildən bu yana hansı siyasi məqamlarda müxalifətin liderləri İsa Qəmbər, Əli Kərimli öndə gedib. Bunlar özləri hər zaman gizlənirlər, qabağa bu cür uşaqları verirlər. Bu ilki aksiyalarda da onların heç biri yox idi."

 

OXŞAR XƏBƏRLƏR