”Millət soruşur ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan?” - Aysundan direktorun ”priton” ittihamına sərt cavab

”Millət soruşur ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan?” - Aysundan direktorun ”priton” ittihamına sərt cavab
MAQAZİN
21:21 02.05.2018
13995

Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva criminal.az saytına müsahibə verib.

Direktor müsahibəsində videoda əks olunan görüntülərin, əslində, oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.

"Aysun oranı "priton"a çevirib"

"Yetimin çörəyin yemək əclaflıqdır" deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib: "Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm, dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram. Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə".

AZXEBER.COM bildirir ki, Aysun İsmayılova Criminal.az saytına açıqlamasında bildirib ki, Nəhayət Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır:

 

"Onun belə bir sübutu var ki, mən mənzilimdə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Aidiyyəti orqanlara yazaram ki, o, məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlrımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.

"Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışasa..."

A.İsmayılovanın sözlərinə görə, N.Əliyevanın kirayə adlandırdığı mənzil 1998-ci ildən atamın olub, beş il əvvəl isə nənəmə hədiyyə edib: "Bizim evə gələnlər arasında cavan adam yoxdur. Həmin mənzildə iki xalam oğlu, mən və nənəm yaşayırıq. İki adam bizə daim gəlib-gedir. Biri yaşlı qadındır, bir də telejurnalist. Mamamın prodüseri olub, onun əlində boyümüşəm.

Mən o qadını tanımırdım. Vicdanım əl vermədi, hər dəfə o mənzərəni görəndə ağlayırdım. Bu videoları tək mən çəkməmişəm. Bizə gəlib-gedən xanım jurnalist də çəkib. O insan özünü itirib. Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışsa, onunla başqa cür danışacam. Millət ondan soruşmur ki, Aysun kirayədə qalır, yoxsa evində nə edir? Millət ona sual verir ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan? Hərəyə bir söz deyir. O, deyəsən, şərləmək işi ilə məşğuldur, adını başqasına qoyur. Ağzın yumsun. İyirmi yaşım var. Yalan şey çəkib niyə özümə problem yaradım? Mənim əlimdə faktlar olduğuna və uşaqlara yazığım gəldiyinə görə belə etmişəm. Əgər ürəyim ağrımasaydı, niyə özümü bu problemə qatım ki?" - A.İsmayılova əlavə etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
13:26 22.10.2026
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
11:49 22.10.2026
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq