Millət vəkili Baş Prokurorluğu tənqid etdi: “Ləğv edilsin”

Millət vəkili Baş Prokurorluğu tənqid etdi:  “Ləğv edilsin”
Bütün Xəbərlər
12:48 04.12.2015
2367
Millət vəkili Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, xüsusilə də məlum MTN olayları fonunda kəskin tənqid edib.
O, qeyd edib ki, parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: “Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum, görəsən, indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin”.
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR