Millət vəkili: “Bəzi teleaparıcılar ölkənin balaca səhiyyə naziri olublar”

SAĞLAMLIQ
15:23 16.03.2020
2139
"Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar".
 
AZXEBER.COM xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.
 
Deputat  bildirib ki, aparıcılar bəzi həkimləri reklam edərək onun bir nömrəli həkim olduğunu vurğulayırlar: "Guya bu həkimdən yoxdur. Yanına getsəniz sizi sağaldacaq. Hesab edirəm ki, bu məsələyə qanunla baxılmalıdır. Bunun üçün "Reklam haqqında" qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi baxmaq lazımdır".

OXŞAR XƏBƏRLƏR