Millət vəkili Ceyhun Osmanlı ABŞ-a getdi

Millət vəkili Ceyhun Osmanlı ABŞ-a getdi
Bütün Xəbərlər
15:10 16.04.2013
1261

Dünya Bankının Parlament Şəbəkəsi və Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə 17-18 aprel 2013-cü il tarixlərində Vaşinqtonda yaz görüşləri keçiriləcək. AZXEBER.COM xəbər verir ki, Vaşinqtonda keçiriləcək 2013-cü ilin Yaz Görüşlərində Azərbaycandan Milli Məclisin deputatı Ceyhun Osmanlı da iştirak edəcək.

Vaşinqtona səfər çərçivəsində 17 aprel tarixində Beynəlxalq Valyuta Fondu rəhbəri və Dünya Bankı idarə heyəti ilə cari inkişaf məsələləri müzakirə olunacaq. 18 aprel tarixində isə tərəfdaşlar və donorlarla Azərbaycanın iqtisadi inkişaf modeli müzakirə ediləcək.

Qeyd edək ki, mayın sonu Dünya Bankı Parlament Şəbəkəsinin Azərbaycana səfəri nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR