Millət vəkili Ceyhun Osmanlı Nyu-Yorkda səfərdədir

SİYASƏT
13:55 26.09.2013
1393
Milli Məclisinin deputatı Ceyhun Osmanlı Nyu-Yorka səfər edib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, səfərin əsas məqsədi Xəzər Strateji İnstitutunun (HASEN) təşkil etdiyi Xəzər forumunda iştirak etməkdir. Forum “Avropanın enerji təhlükəsizliyində iştirak edən Cənub Qaz Dəhlizi” mövzusuna həsr edilib.
BMT-nin 68-cı Baş Assambleyası günlərində keçirilən Xəzər Forumunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Bosniya və Hersoqovina, Xorvatiya, Makedoniya, Albaniyanın xarici işlər nazirləri, və ümumilikdə Xəzər bölgəsinin və Avropanın 32 ölkəsindən baş nazir, BMT İdarə Heyətinə qatılan yüksək səviyyəli rəsmilər iştirak edirlər.
Qeyd edək ki, Xəzər forumu bölgəsinin iqtisadi, siyasi və strateji potensialını araşdırmaq, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır.

OXŞAR XƏBƏRLƏR