Millət vəkili: "Faktdır ki, bu gün Azərbaycanda gənclərin teatra marağı azdır"

GƏNCLİK
16:46 10.09.2011
2071

“Mən Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bütün tədbirləri, festivalları alqışlayıram. Bu gün hər bir Azərbaycan gənci Mübarizi örnək bilməlidir. Bu festivalın gənclərin təşəbbüsü olduğunu eşidəndə ikiqat sevinc hissi keçirdim. Gənclərin vətənpərvər ruda yetişmələri, formalaşmaları üçün belə festivallar tez-tez keçirilməlidir.

Faktdır ki, bu gün Azərbaycanda gənclərin teatra marağı azdır. Bunu danmaq olmaz. Amma əminəm ki, Vətənpərvərlik mövzusundə Gənclərin Birinci Ümumrespublika Teatr Festivalı gənclərin teatra marağını artıracaq. Bu festival gənclərdə vətənə sevgi hissini daha da artıracaq”. Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

OXŞAR XƏBƏRLƏR