Millət vəkili Fuad Muradov Brüsseldədir

Millət vəkili Fuad Muradov Brüsseldədir
Bütün Xəbərlər
16:54 18.09.2012
1170
Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, deputat Fuad Muradov Enerji Təhlükəsizliyi üzrə Ekspertlərin Seminarında iştirak etmək üçün sentyabrın 17-19-da Brüsseldə səfərdə olacaq.

AZXEBER.COM-un məlumatına görə, “Enerji Təhlükəsizliyi sahəsində Avropa İttifaqı - Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı: uğurlu tədbirlər, maneələr və perspektivlər” adlı seminarda enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq prinsipləri üzrə fikir mübadiləsi aparılacaq.

Seminarda Avropa Parlamentinin, Şərq Tərəfdaşlığı ölkələrinin Milli Parlamentlərinin və enerji sahəsində beynəlxalq əməkdaşlığa müraciət edən Avronest parlament Assambleyasının hesabatların təqdimatı gözlənilir.

F.Muradov seminar zamanı “Avropa İttifaqı - Şərqi Avropa Partnyorlarının enerji sahəsində əməkdaşlığının cari mənzərəsi və gələcək inkişaf üçün potensial” və "İrəliyə yol: Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığı perspektivləri” panellərinə həmsədrlik edəcək.

OXŞAR XƏBƏRLƏR