Millət vəkili Gülər Əhmədova TRT AVAZ rəhbərliyi ilə görüşdü

Millət vəkili Gülər Əhmədova TRT AVAZ rəhbərliyi ilə görüşdü
Bütün Xəbərlər
13:52 11.05.2012
1081
Millət vəkili Gülər Əhmədova TRT AVAZ rəhbərliyi ilə görüşüb.AZXEBER.COM-un məlumatına görə, TRT Avaz Kanal Koordinatoru Adnan Süer ilə görüşdə Türk dünyasının bugünü və gələcəyi müzakirə olunmuş, kanalın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilmişdi Xəbər verildiyi kimi, 10-11 May tarixlərində Ankara Universitetində keçirilən “Birinci Beynəlxalq Təhsil Simzpoziumu”nda iştirak etmək üçün Türkiyədə səfərdə olan Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova TRT AVAZ rəhbərliyinin dəvəti ilə bu kanalda olmuşdur. Kanalın rəhbəri Adnan Süer ilə görüşən Gülər Əhmədova TRT AVAZ-ın yarandığı ilk gündən bütün Türk dünyasının qəlbində əvəzolunmaz iz saldığını bildirmiş, Türk dövlətlərinin və toplumlarının milli özünüdərki istiqamətində xeyli işlər gördüyünü xüsusilə qeyd etmişdir. Azərbaycanda da TRT AVAZ-ın sevə-sevə izlənildiyini bildirən Gülər Əhmədova kanalda ayrı-ayrı Türk dövlətlərinin tarix, dil və mədəniyyətlərinin tanıdılması və təbliğ olunması istiqamətində xeyli işlər görüldüyünü qeyd etmişdir.TRT AVAZ kanalının rəhbəri Adnan Süer isə öz növbəsində dəvətini qəbul edib kanala təşrif buyurduğuna görə, millət vəkili Gülər Əhmədovaya öz dərin təşəkkürünü bildirmiş və rəhbərlik etdiyi kanalın indiyə kimi gördüyü işlərdən danışmışdır. Adnan Süer bildirmişdir ki, TRT AVAZ kanalı artıq 4 ildir ki, fəaliyyət göstərir və həftənin hər günü bir ölkəyə həsr olunub. Kanalda Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan redaksiyaları fəaliyyət göstərir və bu ölkələri təmsil edən insanlar mütəmadi olaraq, verilişlərdə çıxışlar edir, öz ölkələrininin tarix, mədəniyyət və dili barədə məlumat verirlər. TRT AVAZ kanalının əsas məqsədi uzun illər boyu ayrı düşmüş Türk xalqlarını daha da yaxınlaşdırmaq və ortaq dəyərləri ortaya çıxarıb Türk millətinin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirməkdir.
OXŞAR XƏBƏRLƏR