Millət vəkili hakimdən xahiş etdi - Nigarı ev dustaqlığına buraxın

Millət vəkili hakimdən xahiş etdi - Nigarı ev dustaqlığına buraxın
Bütün Xəbərlər
15:45 25.09.2012
1424
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri İkram Kərimova yazılı müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə Müsavat fəalı Nigar Yaqublunun ev dustaqlığına buraxılması xahiş olunur. Deputat qeyd edib ki, Nigar Yaqublunun ictimai fəaliyyətlə məşğul olduğu, əvvəllər cinayət törətmədiyi, gəncliyi nəzərə alınmalıdır: “Zaminliyimdə olduğu müddətdə ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələrini icra edəcəyinə zamin duraraq bu barədə qarşınızda yazılı öhdəlik götürürəm və onun barəsindəki həbs qətimkan tədbirinin ev həbsi ilə əvəz olunmasını xahiş edirəm”.
Nigar Yaqublu sentyabrın 11-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ittihamı ilə tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Abşeron Rayon Məhkəməsi ötən həftə fəalın ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Bu məhkəmə qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilib.
OXŞAR XƏBƏRLƏR