Millət vəkili Jalə Əliyeva Zərdabda məktəbin açılışında iştirak etdi

Millət vəkili Jalə Əliyeva Zərdabda məktəbin açılışında iştirak etdi
Bütün Xəbərlər
23:47 15.09.2011
7368
Zərdabın deputatı Jalə Əliyevabu bu gün rayonun Ağabağı kəndində yeni tikilmiş 4 illik məktəbin açılışında iştirak edib. Deputat çıxışı zamanı deyib ki, uşaqlar ilk gündən Vətən, torpaq sevgisi ilə böyüdülməlidir. Valideynlər isə bu məsələni yalnız məktəbdən gözləməməlidirlər. “Tarixdə o xalqlar həmişə qalib olublar ki, öz mədəniyyətinə, dilinə, dininə, mənəviyyatına bağlı olublar. Belə olan halda bütün problemlərimizi aradan qaldıra bilərik. Hər kəs əsl vətəndaş mövqeyində olmalıdır”Deputatın qərargahından bildirilib ki, bu məktəb ötən il Kür daşqınları zamanı tamamilə dağılmışdı.Eyni zamanda rayonda iki kənddə- Pərvanlı və Vəlağacıda on bir illik məktəblərin təməli qoyulub.Rayonun kanalizasiya sistemi qurulur və 2013-cü ilə qədər başa çatacaq.
OXŞAR XƏBƏRLƏR