Millət vəkili: 'Qardaşım oğlu 'prestupnı mir'in qanunları ilə yaşayır' – AÇIQLAMA

Millət vəkili:
Bütün Xəbərlər
15:29 19.07.2012
2078
“Hələ də şok içindəyəm… Mən hadisə yerinə çatanda artıq meyit ortalıqda idi”““Razborka” üçün “1001 gecə”ni seçiblər, bu, başqa bir yer də ola blərdi”Deputat Hüseynbala Mirələmovun qardaşı oğlu silahlı insident zamanı bir nəfəri qətlə yetirib. Baş Prokurorluğun yayıdığı məlumata görə, Bakıda “1001 gecə” istirahət mərkəzində silahlı insident törədən şəxs həbs edilib.İyulun 17-də saat 03.00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı ilə güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və Ramal Bayramovun aldığı xəsarətdən orada dünyasının dəyişib. Səbail rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokuroluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülüb. Hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilib.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tistintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayətdə istifadə edilmiş “Makarov” tipli tapanca hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.“Bizim Yol”un əməkdaşı qətli törətmiş şəxsin əmisi, deputat Hüseynbala Mirələmovdan hadisə ilə bağlı açıqlama alıb. Deputat baş vermiş hadisədən şok keçirdiyini bildirib. Hüseynbala Mirələmov baş verənlərlə bağlı bunları deyib: “Mən bu hadisədən sonra hələ də şok içindəyəm… Gecə saat 3 radələrində oğlum Fərid zəng edib mənə dedi ki, Rəşad belə bir hadisə törədib. Mən dərhal hadisə yerinə getdim, amma artıq gec idi – meyit ortalıqda idi.Hadisəyə qiyməti istintaq verəcək. Amma qardaşım oğlu olsa da, deyim ki, o, “prestupnı mir”in (“cinayət aləmi”nin – red.) qanunları ilə yaşayır. Əvvəllər də iki dəfə məhkum edilib. Ölən də əvvəllər məhkum edilib. Aralarında problem olub. “Razborka” üçün “1001 gecə”ni seçiblər. Bu, başqa bir yer də ola blərdi. Başqa heç nə deyə bilmərəm. Hadisəyə hüquqi qiyməti istintaq verəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər