Millət vəkili Qənirə Paşayeva Heydər Əliyev Fondundakı işindən ayrıllıb? - ÖZÜ CAVAB VERDİ

Millət vəkili Qənirə Paşayeva Heydər Əliyev Fondundakı işindən ayrıllıb? - ÖZÜ CAVAB VERDİ
Bütün Xəbərlər
13:20 13.01.2013
2342
Millət vəkili Qənirə Paşayeva bir neçə gündür ki, barəsində mediada yayılmış xəbərlərlə bağlı açıqlama yayıb. AZXEBER.COM-un məlumatına görə, Q. Paşayeva açıqlamasında bir neçə gündür ki, bəzi internet səhifələrində və agentliklərdə yayılan məlumatların həqiqətəuyğun olmadığını qeyd edib.

Millət vəkili Heydər Əliyev Fondundan guya uzaqlaşdırılması barədə xəbərlərdən bəhs edib və bildirib ki, ““Azadlıq” qəzetinin bu gün qərəzli və birtərəfli informasiyası isə bardağı daşıran son damla” olub: “ Məlumatda mənim özümü guya təbliğ etdiyim, bununla əlaqədar Fonddan uzaqlaşdırıldığım iddia olunur”.

Q. Paşayeva deyib ki, xəbərlər yazılarkən onunla əlaqə saxlanılmayıb, mövqeyi öyrənilməyib.

Q. Paşayeva qeyd edib ki, 2005-ci ildə hələ millət vəkili seçilməzdən öncə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə dəvət edilib.

O qeyd edib ki, bu dəvəti qəbul edib və fondda fəaliyyət göstərib. Lakin 2010-cu ildə parlamentə təkrar seçildikdən sonra o, həm AŞPA-da, həm də AVRONEST PA-da təmsil olunub, bir sıra yeni və ölkəmiz üçün vacib parlamentlərarası dostluq qruplarında təmsil olunub, buna görə də xarici səfərləri mütəmadiləşib, tədbirlərin, toplantıların, görüşlərin sayı artıb: “Bu isə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən heç bir zaman hansısa kiçik də olsa narazılıqla deyil, tam əksinə, böyük dəstəklə müşahidə olundu. Bəzən bir ayın yarısını, bəzən ən azı on gününü daşıdığım digər vəzifələrlə bağlı xarici səfərlərdə olmağa başladım. Heydər Əliyev Fondu isə bu gün Azərbaycanda ən böyük nazirliyin işindən də bəlkə daha böyük fəaliyyətə malikdir, bu təşkilatda İctimaiyyətlə Əlaqələr Departamentinin, onun rəhbərinin də üzərinə xeyli iş düşür. Bunun üçün bu vəzifəni daşıyan insanın daha çox ölkə daxilində olması, burdakı işlərlə mütəmadi məşğul olmaq üçün günün böyük bir hissəsini məhz bu işə ayırması vacibdir”.

Q. Paşayeva buna görə də təxminən yarım il əvvəl özünün Fondun prezidenti Mehriban Əliyevaya müraciət edərək, vəzifədən getməyinə icazə istədiyini qeyd edib: “Özüm ərizə yazaraq bir neçə ay bundan əvvəl Fonddakı vəzifədən ayrıldım. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun bütün kollektivi ilə gözəl münasibətlər də, əməkdaşlıq da davam edir, bu gün də Heydər Əliyev Fonduna məxsus binada əvvəlki otağımda otururam. Ümid edirəm ki, bu açıqlamam "dostları" və məni özlərinə düşmən elan edənlərin "narahatlıqlarını" aradan qaldıracaq”.

Q. Paşayeva açıqlamasında bəzi mesajlar da göndərib: “Hansısa siyasi məqsədlər güdərək, məni müəyyən oyunlarına çəkmək istəyənlərə isə demək istəyirəm ki, mən sizin düşündüyünüz adam deyiləm! Mənim bir üzüm var! Bu məlumatları yayanların arxasında duranları, jurnalistika pərdəsi arxasında öz çirkin oyunlarını oynayanların kimlər olduğunu və niyyətlərini də çox yaxşı bilirəm və demək istəyirəm ki, mən sizin kimilərin çirkli oyunlarında heç zaman iştirak etməyəcəm! Özünüzü çox yormayın”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib