Millət vəkili Rusiya televiziyasında ABŞ səfirini tənqid etdi - VİDEO

Millət vəkili Rusiya televiziyasında ABŞ səfirini tənqid etdi - VİDEO
Bütün Xəbərlər
17:05 29.05.2014
1582
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli Rusiya-24 kanalının canlı yayımına qatılıb.
AZXEBER.COM xəbər verir ki, deputat verilişdə ölkəmizin daxili və xarici siyasətiylə bağlı sualları cavablandırıb.
Əli Hüseynli ABŞ səfiri Riçard Morninqstarın da cavabını verib. O deyib ki, Azərbaycanın balanslı siyasəti səfiri narahat edir: "Bu hadisələr o zamana meydana gəlir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasət yürüdür və öz mövqeyini ortaya qoyur. Onu da deyim ki, ABŞ-ın da Qafqaz regionunda maraqları var. Azərbaycanı Ukraynayla müqayisə etmək düzgün deyil. Çünki artıq neçə il idi ki, Ukraynada siyasi cəhətdən gərginlik var idi və bu hadisələr gözlənilən idi. Azərbaycanda isə bu baxımdan heç bir problem yoxdur. Bizim ölkədə heç vaxt belə məsələlər gündəmə gəlməyəcək, çünki xalq öz seçimini edib".
Deputat verilişdə Rusiyayla münasibətlərə də toxunub və deyib ki, Azərbaycanla - Rusiya dost ölkələrdir və heç kim iki ölkənin münasibətlərinə xələl gətirə bilməz.
OXŞAR XƏBƏRLƏR