Millət vəkili Xaləddin İskəndərovu ifşa etdi: –"Gərək əvvəlcədən planlaşdıraydı"

SOSİAL
15:14 09.03.2016
4916
Xəbər verdiyimiz kimi, bir neçə il əvvəl dövlət büdcəsindən milyonlar hesabına ərsəyə gələn, əsasən də paytaxtın Binəqədi rayonu ərazisində - Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpəciklər sökülür. Hazırda sözügedən ərazidə söküntü işləri aparılır və təpəciklər dövlət vəsaiti hesabına sökülür.
Millət vəkili Tahir Kərimli məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, gərək hər şey əvvəldən planlaşdırılaydı və söküntüyə ehtiyac qalmazdı: “Bakı-Sumqayıt yolunda salınmış süni təpəciklər həmin ərazidə yolun genişləndirilməsi məqsədi daşıyır. Gərək başlanğıcda hər şey planlaşdırılaydı. Elə bir vəziyyət yaranaydı ki, süni təpəciklərin sökülməsinə ehtiyac qalmayaydı. Görünür, o təpəciklər salınan zaman bunlar nəzərə alınmayıb. Nəqliyyat yükü o qədər artıb ki, yolun genişləndirilməsinə ehtiyac yaranıb. Yolun genişləndirilməsinin vacibliyi xərclərə nisbətən daha mühüm amil kimi götürülüb”.
T.Kərimli Bakı-Sumqayıt yolunun genişlənməsinin vacib olduğunu deyib: “Düzdür, təpəciklər yollara yaraşıq verirdi. Lakin orada həddən çox sıxlıq yaranırdı, çox pis vəziyyət hökm sürürdü. Ora milyonlarla vəsait xərclənmişdi, mən buna heyfslənirəm. Bu hadisə bəzilərinə böyük dərs olmalıdır ki, gələcəkdə belə hallara yol verməsinlər. Yolları əvvəldən geniş salsınlar ki, nəqliyyat vasitələri sərbəst hərəkət edə bilsin. Belə olan halda dövlət ziyana düşməz”.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR