Millət vəkilinin oğlu polis rəisi təyin edildi

Millət vəkilinin oğlu polis rəisi təyin edildi
Bütün Xəbərlər
13:20 16.02.2012
1999
Bakının polis orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Tuncay Abbasov Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi təyin edilib. T. Abbasov bundan əvvəl Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev isə bir müddət əvvəl Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.
OXŞAR XƏBƏRLƏR