Bu gün “Şəfa” stadionunda Milli Məclisin futbol komadası ilə “Nefçi” klubunun veterenları arasında futbol turniri keçiriləcək.Məlumatı Modern.az saytına deputat Fazil Mustafa verib. O, qeyd edib ki, turnir “Neftçi”nin sabiq kapitanı, Azərbaycan futbolunun tanınmış simalarından olan İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunub.Qarşılaşmada deputatlardan Siyavuş Novruzov, Azay Quliyev, Qüdrət Həsənquliyev, Fuad Muradov, Zahid Oruc, Ülvi Quliyev, Adil Əliyev, Aslan Cəfərov, Fazil Mustafa və digərləri iştirak edəcəklər.Milli Məclisin futbol komandasına kapitanlığı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov edəcək.