Millət vəkilləri "Deputat-2015" səhifəsini boykot etdilər

Millət vəkilləri "Deputat-2015" səhifəsini boykot etdilər
Bütün Xəbərlər
16:36 03.09.2015
5347
Bir qrup deputat "Facebook" sosial şəbəkəsində yaradılan "Deputat-2015" səhifəsinin keçirdiyi sorğudan imtina ediblər.
AZXEBER.COM xəbər verir ki. səhifədə "ən yaxşı deputat kimdir?" sorğusu keçirilib və 5 millət vəkili son mərhələyə vəsiqə qazanıb. Bunlar Azay Quliyev,Fazil Mustafa, Vahid Əhmədov, Qənirə Paşayeva və Adil Əliyevdir.
Millət vəkili Fazil Mustafa "facebook"da yazdığı statusla bu səsvermədən imtina etdiyini açıqlayıb. Buna səbəb səhifədə digər deputatlar haqda yazılan təhqiredici və qeyri-etik şərhlər olub: 
"Hörmətli Deputat 2015 səhifəsinin adminləri,
Əməkdaşlarımız sizin səhifənizdə “Son 5 ilin ən yaxşı deputatı kimdir?” adlı sorğu keçirildiyini bildirdilər. Məlumat verildi ki, həmin facebook səhifəsində səsvermənin hətta ikinci mərhələsi başlayıb və orada bizlər- Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədovla yanaşı daha iki həmkarımız yer alıb.Əlbəttə biz sosial şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə marağı başa düşürük. Biz həmçinin bizə dəstək olan və fəaliyyətimizi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimizə öz minnətdarlığımızı bildiririk.Lakin səhifədə digər millət vəkillərinin ünvanlarına etikadan kənar, həqiqətləri əks etdirməyən ifadələr, təhqirlər söylənilir və belə hesab edirik ki, bu cür yanaşma onlara qarşı haqsızlıqdır. Bununla yanaşı, millət vəkillərinin qarşı-qarşıya qoyulmasını və tərəfdarların arasında lüzumsuz mübahisələri doğru hesab etmirik. Ümumiyyətlə bu cür subyektiv sorğuları elmi-metodologiyaya əsaslanmadığı üçün aktual hesab etmirik.Bütün bunları nəzərə alaraq bizim (Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədov) adlarımızın sorğudan çıxarılmasını xahiş edirik".Bununla da səsvermədə yalnız iki millət vəkili Qənirə Paşayeva və Adil Əliyev qalıb. Onların hansı addım atacağı isə sual altındadır.
OXŞAR XƏBƏRLƏR