Millət vəkilləri Kiprə yollandılar

Millət vəkilləri Kiprə yollandılar
Bütün Xəbərlər
21:42 16.01.2012
1212
Gülər Əhmədovanın başçılıq etdiyi deputat nümayəndə heyəti ŞKTC lideri Rauf Denktaşın dəfn mərasimlərində yaxından iştirak edəcək Yanvarın 16-da axşam saatlarında millət vəkilləri Gülər Əhmədova, Əliağa Hüseynov və Mirkazım Kazımov Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimlərində iştirak etmək üçün paytaxt Lefkoşa şəhərinə yola düşüblər. Yanvarın 17-də paytaxt Lefkoşada təşkil olunacaq dəfn mərasimlərində dünyanın tanınmış dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak edəcəklər. Dəfn mərasimlərində rəsmən Azərbaycan Parlamentini təmsil edəcək azərbaycanlı millət vəkilləri ŞKTC rəhbərliyinə, Rauf Denktaşın yaxınlarına, ailə üzvlərinə və Şimali Kipr xalqına başsağlığı verəcəklər. Azərbaycanlı deputat qrupuna rəhbərlik edən millət vəkili Gülər Əhmədovanın səfər öncəsi fikirlərini öyrənə bildik. Türk dünyasının böyük oğlu, Türk Müqavimət Təşkilatının qurucularından olan Rauf Denktaşı sayqı ilə andığını bildirən Gülər Əhmədova bu itkinin bütün Türk dünyası üçün üzücü olduğunu dilə gətirdi: “Mən Rauf Denktaşla şəxsən tanış idim. Onunla bir-neçə dəfə görüşümüz olmuşdu. İki ay bundan əvvəl Şimali Kiprdə təşkil olunan beynəlxalq konfransda da məhz Rauf Denktaşın Türk Müqavimət Təşkilatının yaradılmasındakı rolu barədə məruzə ilə çıxış etdim və bu böyük şəxsiyyətə olan münasibətimi, sevgi və rəğbətimi çatdırdım. Düşünürəm ki, Rauf Denktaş Şimali Kipr xalqı üçün çox böyük işlər gördü. İnanıram ki, hələ onilliklər boyu Şimali Kipr xalqı onun əməllərini unutmayacaq və bu əziz insanın xatirəsini əbədi olaraq qəlblərində yaşadacaqlar”.
OXŞAR XƏBƏRLƏR