Millət vəkilləri və QHT nümayəndələri “Birgəyaşayışın Azərbaycan modeli”ni müzakirə etdi - FOTOLAR

Millət vəkilləri və QHT nümayəndələri “Birgəyaşayışın Azərbaycan modeli”ni müzakirə etdi - FOTOLAR
SOSİAL
16:14 24.07.2016
1568

“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Birgəyaşayışın Azərbaycan modeli” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib. Millət vəkilləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, QHT-lərin təmsilçiləri, ictimayyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdəki multikulturalizm ənənələrindən söhbət açılıb.İctimai Birliyin sədri Anar Yusifoğlu layihə haqqında məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamından sonra “Azərbaycanda birgə yaşayış modeli”nin ictimai müzakirəsinin aparılması məqsədi ilə icra edilir. Layihə çərçivəsində İsmayıllı şəhərində 2 günlük, Lənkəran şəhərində isə bir günlük təlim təşkil edilib. Anar Yusifoğlu bildirib ki, Azərbaycanın birgə yaşayış modeli bir çox xarici təhsil ocaqlarında tədris olunur. Bu da ölkəmiz üçün çox vacibdir.

Tədbirdə birgə yaşayışın Azərbaycan modeli ilə bağlı fikir mubadiləsi aparılıb. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov, Millət vəkilləri Fəzail İbrahimli, Sahib Alıyev, Çingiz Qənizadə, Aydın Hüseynov, Elşən Musayev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev, siyasi elmlər doktoru Cümşüd Nuriyev, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Trend İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, jurnalist İbrahim Rüstəmli çıxışlarında Azərbaycanın multikultural dəyərlərə sahib çıxan və bunu dövlət siyasətinə çevirən nadir ölkələrdən biri olduğunu xüsusi vurgulayıblar. Bildirilib ki, dünyada baş verən siyasi proseslər xalqımızı daha çox düşündürməyə və dövlətin taleyi ilə bağlı məsələlərdə mövqeyini ortaya qoymağı tələb edir. Qeyd olunub ki, ölkəmizdə müxtəlif din və mədəniyyətlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri olub. Azərbaycanda yaşayan hər bir fərdin, azsaylı xalqların münasibətlərinin tənzimlənməsində bu mövzu maarifləndirici xarakter daşıyır. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, multikulturalizmin formalaşması üçün çoxsaylı xalqların, dinlərin birlikdə yaşaması ilə yanaşı həm də bu siyasəti dəstəkləyən dövlətin mövqeyi zəruridir.Tədbirdə millətlərarası münasibət, din, dil və mədəniyyətlərin, multikulturalizm ənənələrinin inkişafı sahəsində dövlət siyasətinin təqdir olunduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bu prosesin önündə olması üçün beynəlxalq nüfuzu və güclü iqtisadi imkanları var. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dindən ayrıla bilməz və daim bu münasibət yaxşı tənzimlənir.

Tədbirdə o da vurgulanıb ki, multikultralizm Azərbaycanı dünyada tanıtmaq üçün çox əhəmiyyətli modeldir və bu tipli layihələrin beynəlxalq statusda icra edilməsinə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO