Millət vəkilliyi ilə hakimliyi səhv salan adam -Adəm Məmmədov yazır

Millət vəkilliyi ilə hakimliyi səhv salan adam -Adəm Məmmədov yazır
Bütün Xəbərlər
17:04 17.10.2015
3960

Adəm MƏMMƏDOV120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizəd olmağımla bağlı qərar qəbul edərkən hazırkı deputat Astan Şahverdiyevin eyni iddia ilə üçüncü dəfə ortaya çıxacağını güman etmirdim. Astan müəllimin yetmiş yaşı haqlaması və ixtisasca fizik olması bu qənaətə gəlməyimə vəsilə olmuşdu. Fikirləşirdim ki, o, deputat kimi pensiya hüququndan yararlanmağa çalışacaq. Onsuz da heç bir fəaliyyəti yoxdur. Şəxsən mən Astan müəllimə məsləhət görərdim ki, hazırkı aylıq maaşını bundan sonra dövlət tərəfindən təyin edilmiş pensiya kimi əldə etsin. Bu, Astan Şahverdiyevin müstəsna hüququdur. Əgər o, hüquqlarını bilmirsə, biz bu məsələdə ona kömək etməyə hazırıq.

Mən Astan Şahverdiyevi çox tənqid etmək istəmirəm. Çünki o, fəaliyyətsiz bir insandır. O şəxsi tənqid edirlər ki, onun hər hansı bir fəaliyyəti olsun. Astan müəllim nəinki təmsil etdiyi seçiciləri, heç özünü də müdafiə edə bilməz. Bunun üçün insan mövqe nümayiş etdirməlidir. Biz bu günə qədər Astan Şahverdiyevin istər fərdi, istər kütləvi müstəvidə kiminsə hüquqlarını müdafiə etdiyini görməmişik. On illik deputatlıq fəaliyyəti dövründə onun cəmi iki çıxışının şahidi olmuşam. Ilk dəfə çıxış edərkən Azərbaycan himninin məzmununa etiraz etmişdir. Demişdir ki, himnin mətnini qısaltmaq lazımdır. Astan müəllimin bu fikri təkcə opponentləri deyil, həm də partiyadaşları tərəfindən gülüşlə qarşılanmışdı. Mən isə bir azərbaycanlı kimi çox utanmışdım. Ikinci çıxışı zamanı isə o, təkcə hüquqi deyil, eyni zamanda siyasi səhvə yol verərək Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmadığını demişdi. Fikirini isə onunla əsaslandırmışdı ki, əgər məhkəmələr müstəqil olsaydı, onun əleyhinə məqalələr yazan jurnalistləri çoxdan həbs elətdirərdi.

Hamı bilir ki, deputat kimi Astan Şahverdiyevin Cəbrayıl camaatı arasında heç bir nüfuzu yoxdur. O, insanlarla fərdi ünsiyyətdən qaçır, heç bir problemin həllində onlara kömək etmir. Astan Şahverdiyev başqa işlərlə məşğul olduğuna görə seçicilərinə vaxt ayırmağa xüsusi həvəs göstərmir. Qanunvericilikdə hakimlərin icraatlarında olan işlərlə bağlı vətəndaşlarla görüşmələri qadağan edilir. Ola bilsin ki, Astan Şahverdiyev millət vəkilliyi ilə hakimliyi səhv salıb.

Ahıl yaşına çatdığına və həmkəndli olduğumuza görə, Astan Şahverdiyev haqqında çox danışmaq istəmirəm. Məncə, yetmiş yaşlı insan ömrünü nəvələrinə həsr etməli, onlarla daha çox vaxt keçirməyə çalışmalıdır. Nəvələrinin gələcəkdə onu qayğıkeş baba kimi xatırlamaları üçün bu, çox vacibdir. Allah qismət etsə, yetmiş yaşa çatsam, o vaxt heç bir gəncin yolunu kəsməyəcəm. Tez-tez dostlarıma deyirəm ki, ona görə gecə-gündüz çalışıram ki, qarşımda dayanan əsas vəzifələri həyata keçirib, vaxtından əvvəl pensiyaya çıxım. Ömür vəfa etsə pensiyaya çıxdıqdan sonra xatirələrimi yazacağam. Istəmirəm ki, Astan Şahverdiyev mənim xatirimdə gənclərin yolunu kəsən pis insan kimi qalsın...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı