Millətlər Liqasında IV turun nəticələri: Portuqaliya ilk 1/4 finalçı oldu

Millətlər Liqasında IV turun nəticələri: Portuqaliya ilk 1/4 finalçı oldu
İDMAN
00:56 05.10.2026
154
UEFA Millətlər Liqasının 2026/27 mövsümündə IV turun oyunları keçirilib.

Turun ilk qarşılaşmalarından birində Azərbaycan millisi Litvanı minimal hesabla məğlub edib – 1:0. Kosovo və Avstriya arasında görüşdə isə qalib müəyyənləşməyib – 1:1. Malta Andorra üzərində 1:0 hesablı qələbə qazanıb.

Gecənin əsas qarşılaşmalarında Portuqaliya Norveçi 2:1 hesabı ilə məğlub edib. Portuqaliyalılar görüşü 10 nəfərlə başa vursalar da, son dəqiqələrdə vurulan qollar sayəsində qələbəyə nail olublar. Qrupda 4 oyunu da qələbə ilə başa vuran Portuqaliya Millətlər Liqasının ilk 1/4 finalçısı olub.

Niderland da Serbiya üzərində 2:1 hesablı qələbə qazanıb. Uels doğma meydanda Danimarkaya 0:1 hesabı ilə uduzub.

Almaniya səfərdə Yunanıstanla qolsuz heç-heçə edib – 0:0. İrlandiya və İsrail yığmalarının qarşılaşması isə 1:1 hesabı ilə yekunlaşıb.

IV turun nəticələri:

Azərbaycan – Litva – 1:0

Kosovo – Avstriya – 1:1

Malta – Andorra – 1:0

Yunanıstan – Almaniya – 0:0

Niderland – Serbiya – 2:1

Portuqaliya – Norveç – 2:1

Uels – Danimarka – 0:1

İrlandiya – İsrail – 1:1
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR