Ermənistan yığması səfərdə Slovakiyanı məğlub edib qrupunda üçüncü yerə qalxanda Rövnəq Abdullayevə "göstərib", bax, futbolu güclənən milli belə olar, Azərbaycan kimi yox - müqayisəsini aparanda bəzi vətənpırpırlar qalxdı ki, niyə ermənilərlə bizi tay eləyirsiz.Bununla üzüyümüzün qaşı düşməyəcəkdi, heç olmasa, "Azərbaycan futbolu Qafqazda ən güclü yığmadı" (Cümləyə bax, elə bil, örüşdən indi qayıdıb) deyən Abdullayevə demək lazım idi ki, onların yığmasını yerli məşqçi çalışıdırır və o "nolyeddi" sürür, "qalenvagen" yox.Dünən Azərbaycan öz evində Avstriyaya 4:1 uduzanda erməni futbolçular səfərdə Makedoniyanı 1:4 udublar. Onlara da uduzmuşduq buyaxınlarda öz evimizidə. Bu məqamda mən vətənpırpırları görmək istəyirəm. Rövnəq Abdullayevi, Elxan Məmmədovu, "Millimiz güclənib da, nə istəyirsiz, çempionata görə olub hamısı, çempionat güclənib" deyən Ramin Musayevi, mətbuat konfransına az qala, bir vaqon qoçu ilə gətirilən Foqtsu görmək istəyirəm. Görüm abır-mabır varmı, heç olmasa, sözləri qalıbmı danışmağa.Şəxsən mənə xoş deyil Ermənistan millisinin 17, Azərbaycan millisinin isə 7 xalının olması. Əgər deyirsizsə futboldan yazmırsız, başqa şeylərdən yazırsız, onda yadınıza salın, biz elə həmin Ermənistan yığmasının hansı yolu tutduğunu və futbola yanaşma tərziylə Azərbaycandakıyla fərqi hələ çoxdan yazmışdıq. Məgər sırf futbolu təhlil edən yazıları oxuyursuzmu? AFFA-ya yönəldilən neft pulunu mənimsənilməsindən başqa arzunuz, diləyiniz var ki... Guya elə yazılara reaksiya verirsizmi? Arxayın ola bilərsiz, bu nəsil yığma dünya çempionatına seçmə mərhələdə mütləq nəticə qazanacaq. Onların aşağı yaş qrupları da uğurla gəlir. Ermənistan U-19-u qrupunda liderdi. Daha mənə uğurdan, inkişafdan danışmayın! Ermənistan millisinə xərclənən pul Azərbaycan millisinə sərf olunan illik vitaminizasiya pulu qədər deyil! Daha mənə futbolun inkişafına dair dövlət proqramından dəm vurmayın!Onlar bir neçə il əvvəl bir seleksiya qrupu yaratdılar və bütün Ermənistanı gəzib istedadları tapdılar, göndərdilər Hollandiya, Almaniya, Ukraynaya. Həmin nəsildi indi hamını şoka salan. Bəs AFFA-nın seleksiyaçıları hanı? Onların üzə çıxardığı futbolçular hardadı? Ufuk Budak? Murad Hüseynov? Gedin özünüzü aldadın...Əgər düz-əməlli seleksiya işi yoxdusa, onda mən bu futbolun nəyindən yazım ki.. gedin əvvəlcə futbolda işləməyi öyrənin, sonra yazarıq, yoxsa yazılanı qavramaq da var, gücə düşərsizSiz hələlik yalnız bu cür şeylərə layiqsiz: İndi nağayrax, Foqtsu qavaliyax? Mənim assosiasiya rəhbərimin nitqinə bax da...
Elçin CƏLİLOV,FUTBOLPRESS.AZ