Milli irsdən ilham alan "ŞAHGÖL" – Arifə Əliyeva ikinci kolleksiyasını təqdim etdi

Milli irsdən ilham alan "ŞAHGÖL" – Arifə Əliyeva ikinci kolleksiyasını təqdim etdi
SOSİAL
13:22 07.07.2026
460
Jurnalist, "ARIFA" brendinin yaradıcısı Arifə Əliyeva sayca ikinci kolleksiyası olan "ŞAHGÖL" yaylıq kolleksiyasını təqdim edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsindən ilham alan kolleksiya qədim xalçaçılıq sənətinin ornamentlərini, həndəsi kompozisiyalarını və xüsusilə Qazax xalça məktəbinin motivlərini müasir dizayn dili ilə yenidən təqdim edir. Keçmişin estetik dəyərləri müasir zövqlə vəhdətdə təqdim olunaraq milli kimliyin incə və zərif ifadəsinə çevrilir.

"ŞAHGÖL" kolleksiyası milli irsi yalnız qorumağı deyil, onu gündəlik həyatın və müasir dəbin ayrılmaz hissəsinə çevirməyi hədəfləyir. Hər bir naxış yüzilliklərin yaddaşını, hər bir rəng isə Azərbaycanın zəngin mədəniyyətini özündə yaşadır. Bu kolleksiyada yer alan bütün dizayn və ideyalar Arifə Əliyevaya məxsusdur. Onun sözlərinə görə, hər bir yaylıq sadəcə aksesuar deyil, tariximizi, sənətimizi və milli kimliyimizi özündə yaşadan bir sənət əsəridir.

"ARIFA" brendinin növbəti imza işi olan "ŞAHGÖL" qədim irsə ehtiramı, milli sənətə sevgini və müasir dizayn baxışını bir araya gətirən xüsusi kolleksiya kimi hazırlanıb. Klassik Azərbaycan ornamentləri müasir moda dili ilə təqdim olunaraq milli dəyərlərin yeni nəslə və dünya auditoriyasına çatdırılmasına xidmət edir.

Arifə Əliyeva bildirib ki, bu, brendin son işi olmayacaq və qarşıdakı dövrdə yeni kolleksiyalar da təqdim ediləcək: "Məqsədim beynəlxalq arenaya çıxmaq, müxtəlif sərgilərdə ölkəmi təmsil etmək, tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaqdır. İstəyirəm ki, qədim irsimiz, xüsusilə xalçaçılıq ənənələrimiz müasir dizayn vasitəsilə gündəlik həyatın bir parçasına çevrilsin və daha geniş auditoriyaya çatdırıısın".
 

 

 

 


OXŞAR XƏBƏRLƏR