Valideynlər bu adları seçməsin – Psixoloji fəsadlara səbəb ola bilər

Valideynlər bu adları seçməsin – Psixoloji fəsadlara səbəb ola bilər
SOSİAL
16:12 07.07.2026
679
Azərbaycanda ad seçimi uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bəzən valideynlərin övladlarına verdiyi adlar həmin şəxslərin sonradan narahatlıq keçirməsinə, hətta adlarını dəyişdirmək istəməsinə səbəb olur. Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, vətəndaşların arzusu əsasında Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım və Samovar kimi adlar dəyişdirilib.

Sosioloq Üzeyir Şəfiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bəzi insanlar ad məsələsinə kifayət qədər önəm vermirlər:

"Ad məsələsi çox ciddi mövzudur. Təəssüf ki, bəzi insanlar buna kifayət qədər önəm vermirlər. Halbuki ad validey tərəfindən övlada verilən ilk və ən dəyərli hədiyyədir. Bu elə bir hədiyyədir ki, insanın bütün ömrü boyu onun inkişafına, şəxsiyyətinin və kimliyinin formalaşmasına təsir göstərir. Adın psixoloji təsir gücü var. Buna görə də valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar. Təsadüfi deyil ki, "adı ilə böyüsün” ifadəsi işlədilir. Bəzi insanlar öz adları ilə eyniləşir, bəziləri isə həyatları boyu adlarının mənasını doğrultmağa çalışırlar. Məhz buna görə də ad seçərkən onun psixoloji təsiri, məzmunu və mənası nəzərə alınmalı, milli adlara üstünlük verilməlidir”.


Sosioloq qeyd edib ki, xəmiyyətimizdə ad seçimi ilə bağlı müəyyən problemlər mövcuddur:

"Cəmiyyətimizdə ad seçimi ilə bağlı müəyyən problemlər mövcuddur. Ərəb işğalına qədər adlar əsasən insanın xüsusiyyətlərinə və ya qazandığı nüfuza görə verilirdi. Bu ənənə dastanlarımızda və tarixi mənbələrdə də öz əksini tapıb. Lakin sonrakı dövrlərdə adlar daha çox ideoloji xarakter daşımağa başladı. Ərəb və fars mənşəli adlar geniş yayıldı. Sovet dövründə isə "İnqilab”, "Traktor”, "Sovet” kimi ideoloji adlar qoyulurdu. Bəzən valideynlər ad məsələsinə məsuliyyətsiz yanaşırdılar. Məsələn, "Samovar”, "Stəkan”, "Səbət” kimi əşya adlarını uşaqlara vermək düzgün yanaşma deyil. Belə adlar uşağın dostları və ya ətrafı tərəfindən lağ obyektinə çevrilməsinə, psixoloji travma almasına səbəb ola bilər. Belə olan halda bəzi insanlar sonradan öz adlarından imtina etməyə məcbur olurlar”.

O vurğulayıb ki, bəzi valideynlər isə uşaqlarına uzun və  arxaik adlar seçirlər:

"Bəzi valideynlər isə uşaqlarına nənəsinin, babasının,  uzun və  arxaik adlar seçirlər. Bu da uşağın gələcəkdə narahatlıq yaşamasına səbəb olur. Ona görə də qısa, ahəngdar, məzmunlu və mənalı adlara üstünlük verilməlidir. Bəzən valideynlər baxdıqları serial və ya filmdəki obrazların adlarını övladlarına qoyurlar. Heç həmin adların mənasını belə bilmirlər.

Çox yaxşı olar ki, milli adlara üstünlük verilsin. Azərbaycan tarixində, mədəniyyətində, elmində, incəsənətində, siyasətində və ictimai həyatında xidmətləri olmuş görkəmli şəxsiyyətlərin adları yaşadılsın. Eləcə də şəhidlərimizin və qazilərimizin adlarını yaşatmaq mühüm əhəmiyyət daşıyır. Valideyn elə bir ad seçməlidir ki, həmin ad uşağın xarakterinin və şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərsin. Mənasız, mahiyyətsiz və yad mənşəli adlardan mümkün qədər çəkinmək lazımdır.
Bu məsələdə valideynlər məsuliyyətli olmalıdırlar. Aidiyyatı qurumlar da bu gün bu məsələyə həssas yanaşır. Ümid edirik ki, gələcəkdə də bu məsuliyyətli yanaşma davam etdiriləcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
16:34 28.10.2026
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
16:34 28.10.2026
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…