Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edəcək

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edəcək
SOSİAL
20:41 25.09.2026
157
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
OXŞAR XƏBƏRLƏR