Milli Məclisdə böyrək əməliyyatının pulsuz edilməsi təklif edilib

Milli Məclisdə böyrək əməliyyatının pulsuz edilməsi təklif edilib
Bütün Xəbərlər
16:13 06.11.2013
993

Qənirə Paşayeva dialezli xəstələrin əməliyyatının pulsuz edilməsini təklif edib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva 2014-cü ilin dövlət icmal büdcəsinin layihəsinin bu gün parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı hökumət üzvlərindən böyrək köçürmə əməliyyatına ehtiyacı olan dialezli xəstələrin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsi təklifinin gələn ilin dövlət büdcəsində öz əksini tapmasını istəyib.Q.Paşayeva bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dialezə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir və gələn ilin büdcəsində bu sahəyə vəsaitin daha da artırılmasının büdcə zərfində nəzərdə tutulması çox müsbət haldır.“İnsanların dövlət hesabına pulsuz dialez almaq imkanına malik olması çox müsbət və önəmli məsələdir. Amma uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dialezli xəstənin pulsuz dialez ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dialez xərclərindən daha ucuzdur.Nəzərə alsaq ki, dialez xəstələri illərlə dialezlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.Millət vəkili təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dialezinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin.Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən Q.Paşayeva bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər.

OXŞAR XƏBƏRLƏR