Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun qəbul olundu

Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun qəbul olundu
Bütün Xəbərlər
20:40 25.10.2011
1436
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu birinci oxunuşda qəbul edilib.110 deputat qanunun lehinə, 3-ü əleyhinə səs verib. 1-i isə bitərəf qalıb.Layihəyə əsasən, qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq.Keçmiş prezident, prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.
OXŞAR XƏBƏRLƏR