Milli Məclisdə komitə sədrləri bu deputatlar oldular - SİYAHI

SİYASƏT
15:11 24.11.2015
1628
Bu gün Milli Məclisdə komitə sədrləri seçilib.Məlumata görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədriEldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər.Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər.
OXŞAR XƏBƏRLƏR