Milli Məclisdə Nigar Yaqublu üçün kampaniya başladı

Milli Məclisdə Nigar Yaqublu üçün kampaniya başladı
Bütün Xəbərlər
17:08 30.11.2012
1131

Aqil Abbas, Azay Quliyev, Flora Qasımova, Asim Mollazadə və digərləri kampaniyaya qoşuldular...

Milli Məclisin bir neçə deputatı Müsavat Partiyasının üzvü Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı imzatoplama kampaniyasına başlayıb.Gənc fəalın məlum olaydan sonra həbsdə saxlanılmasını pisləyən millət vəkilləri Aqil Abbas, Azay Quliyev, Flora Qasımova, Asim Mollazadə və digərləri kampaniyaya qoşulublar. Buna baxmayaraq bəzi deputatlar imzatoplama kampaniyasına qatılmaqdan imtina ediblər.

Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu açıqlamasında millət vəkillərinə göstərdikləri təşəbbüsə görə minnətdarlığını bildirib. T.Yaqublunun sözlərinə görə, deputatların Nigar Yaqubluya göstərdiyi diqqət çox yüksək və ədalətlidir.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. N.Yaqublunun növbəti məhkəmə prosesi dekabrın 5-də keçiriləcək. /// modern.az

OXŞAR XƏBƏRLƏR