"Milli Məclisdən aldığım maaşla dolanıram"- Biznesmen deputat

"Milli Məclisdən aldığım maaşla dolanıram"- Biznesmen deputat
SOSİAL
12:34 23.01.2017
2963
"Mənim əlavə gəlir mənbəyim yoxdur, yalnız Milli Məclisdən aldığım maaşla dolanıram”.

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev jurnalistin ofisiniz dəbdəbəli deyil sualına cavab olaraq deyib. 

Deputat 2017-ci ildə Azərbaycanı siyasi və iqtisadi sferada gözləyən məsələlərdən də söz açıb:

"Azərbaycanın ərazi bötüvlüyünün bərpa edilməsini gözləyirəm. Düşünürəm, dünya azərbaycanlılarının istəyi budur. İstərdim ki, Azərbaycanın bugünkü iqtisadi vəziyyəti düzəlsin. Nə qədər tez düzələrsə, bir o qədər yaxşıdır. Azərbaycan neft-qaz sahəsi üzrə uğurlu layihələrin sahibidir. Siyasi proseslər nəticəsində dünya bazarında neftin qiyməti düşdü, bu da Azərbaycanın dövlət büdcəsinə müəyyən qədər təsir etdi.

Amma Cənub Qaz Dəhlizi layihəsi fəaliyyətə başlayandan sonra maliyyə vəziyyəti düzələcək, biz bunun şahidi olacağıq. Vaxtilə Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Azərbaycana maliyyə axını oldu, qısa müddət ərzində Azərbaycan inkişaf yolu keçdi. İqtisadi cəhətdən müəyyən problemlərimiz var. Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə problemlərin qarşısını ala biləcəyik. 

Bura qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin, turizm sahəsinin, maşınqayırma sahəsinin inkişaf etdirilməsi daxildir. Bütün bunlar Azәrbaycan vətəndaşının xeyrinə işləyəcək. Ərəb ölkələrində yaşananların Azərbaycana da, Avropa ölkələrinə, bütövlükdə dünyaya aidiyyəti var. Misal kimi miqrant problemini göstərmək olar.

Dünyada gedən proseslər Azərbaycana qardaş dövlət olan Türkiyəyə də təsir edib. Orada son dövrlər terror hadisələri törədilir. Yəni, baş verənlər böhrana yola açır”.

R.Rzayev, həmçinin ölkədə insan haqlarının vəziyyətinə də münasibət bildirib:

"Söz yox ki, Azərbaycan dünyada təcrid olunmuş dövlət deyil, müəyyən problemlər, narazı qüvvələr var. Bu, açıq məsələdir, hər bir dövlətdə bu fakt var. Azərbaycanda elə məmur var ki, vətəninə ləyaqətlə qulluq edir, məmur da var ki, bundan kənardadır. Yəni, bu, dünyada olan prosesdir. Amma əsas məsələni səsləndirmədən problemi qabartmağın tərəfdarı deyiləm”, - deyə deputat qeyd edib. 

mənbə: report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır