Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər
SOSİAL
16:32 17.05.2022
521
Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəricisi olmaqla yanaşı, dövlətin gəncləşmə siyasətinə önəm verdiyinin də növbəti təsdiqidir.  
 
Xatırladaq ki, indiyə qədər idarəçilikdə ciddi islahatlar həyata keçirilmiş, islahatları tormozlayan şəxslərin vəzifədən azad edilərək yenilikçi kadrlarla əvəzlənməsinin şahidi olmuşuq. Bu baxımdan Fərid Hacıyevin təyinatını da idarəçilikdə yeni düşüncəyə daha geniş meydan verilməsi kimi dəyərləndirmək olar.

Maraqlıdır, Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat nə vəd edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, hakimiyyətin gənc kadrlarla işləməyə üstünlük verməsi sevindirici haldır:

"Səfa Mirzəyev kimi yaşı 70-i keçmiş kadrların gənclərlə əvəzlənməsini alqışlayırıq. Ümid edirik ki, yeni gənc kadrlar özlərindən əvvəlki kommunist düşüncəlilərin yolunu davam etdirməyəcək, özlərinə daha demokratik, daha açıq idarəçilik metodları seçəcəklər. Təəssüflə demək istəyirəm ki, yeni təyin edilən gənc kadrlar bəzi hallarda etimadı doğrultmur, hətta sələflərinə rəhmət oxutdururlar. Bir neçə kadrla bağlı biz bunun şahidi olmuşuq. Güman edirəm ki, Fərid Hacıyevin timsalında biz bu kimi neqativ halları görməyəcəyik. O, əvvəl də parlamentdə çalışıb. Buna görə də onun öz işini yüksək səviyyədə bildiyini güman edirəm”. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da fəaliyyəti qənaətbəxş olmayan köhnə düşüncəli kadrların əvəzlənməsini müsbət qarşıladığını bildirib: 

"Şərti olaraq "beşinci kalon” adlandırılan fiqurların, eləcə də fəaliyyətləri günümüzün şərtləri ilə ayaqlaşmayan şəxslərin idarəçilikdə kök salması bir çox sahələrdə ciddi problemlər yaradıb. Bu baxımdan yeniliyə böyük ehtiyac var. Odur ki, Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri təyin edilməsinə çox sevindim. Gənc kadrdır. Əminəm ki, hüquq sistemini çox yaxşı bilir. Bu gün Fərid Hacıyevin timsalında aparılan gəncləşmə siyasətinin icra strukturlarında da aparılacağına ümid edirəm”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb
21:47 15.03.2026
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb