Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
SİYASƏT
20:45 13.10.2026
202
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

Bu barədə AZXEBER.COM-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bəyanatda deyilir: "Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir
21:53 13.10.2026
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı