“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...” - Əməkdar jurnalist

“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...” - Əməkdar jurnalist
MEDİA
12:29 24.10.2025
168
"Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Mahir Məmmədli feysbuk hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əllərindən alınır: "Milli Məclisə gələn jurnalist oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.

Məndə olan məlumata görə bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalistlər istisna olmaqla hamı parlament binasına telefonla daxil ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdikləri anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmürlər. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın". 
OXŞAR XƏBƏRLƏR