Milli Məclis Aparatının əməkdaşı Elnarə Məmmədzadə vəfat edib. Bu haqda məlumatı Milli Məclisin üzvü Aydın Mirzəzadə özünün Facebook səhifəsində yazıb. “Milli Məclis Aparatının ümumi şöbəsinin baş məsləhətçisi Elnarə Məmmədzadə dünyasını dəyişib. Əslində bu qızın adını və vəzifəsini bu gün bilmişəm. Dəfələrlə Milli Məclisin inzibatı binasında rastlaşmışıq. Sakit, abırlı, səliqəli bir qadın kimi yadımda qalıb. Salam verəndə də utandığı hiss edilirdi. Əslində Azərbaycan qadınları həmişə öz ismətləri ilə seçiliblər. Allah rəhmət eləsin”.