Milli Məclisin payız sessiyası başlayıb

SİYASƏT
12:53 30.09.2013
1295

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb.

 AZXEBER.COM xəbər verir ki, parlamentin iclası dövlət himninin oxunması ilə başlayıb.

İlk iclasda 41 məsələ müzakirə olunacaq.

Sessiyanın açılışında çıxış edən parlamentin spikeri Oqtay Əsədov bildirib ki, payız sessiyasında 2013-cü ilin dövlət büdcəsi müzakirə olunacaq və qəbul ediləcək.

Spiker bildirib ki, ölkə çox mühüm bir hadisə ərəfəsindədir.

Oqtay Əsədov xatırladıb ki, oktyabrın 9-da prezident seçkiləri keçiriləcək:

“Əminəm ki, Azərbaycan xalqı müdrik xalqdır və inanıram ki, öz sevimli prezidentini yenidən seçəcək”.

OXŞAR XƏBƏRLƏR