Milli Məclisin son iclası mübahisəsiz ötüşmədi - VİDEO
Bütün Xəbərlər
23:48 28.12.2012
1338
Xəbər verildiyi kimi, bu gün Milli Məclisin 2012-ci il üçün son iclası keçirilib. Parlamentin son iclasında qəbul edilən “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanuna əsasən vətəndaşlar əmanətə görə əldə etdikləri faizdən vergi verməyəcək.Son iclas mübahisəsiz ötüşməyib. Xüsusilə Həmkarlar Təşkilatlarına üzvlük haqlarının yığılması ilə bağlı məsələ fikir ayrılığına səbəb olub. Milli Məclis Həmkarlar İttifaqlarına üzv olan işçilərin üzvlük haqlarının ödənilməsi ilə bağlı da yeniliyi təsdiqləyib. İnzibati Xətalar və Əmək Məcəllələrinə edilən dəyişikliklərə əsasən üzvlük haqqını köçürməyən sahibkarlara qarşı məsuliyyət müəyyən edilib.Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev üzvlük haqlarının yığılmasının ən böyük problemlərdən biri olduğunu dedi və bir sıra qurumları üzvlük haqlarını mənimsəməkdə ittiham etdi. Amma Səttar Mehbalıyevin bu iradı spiker Oqtay Əsədovun etirazına səbəb oldu.Qeyd edək ki, bəzi millət vəkilləri işçilərin məzuniyyət hüquqlarının pozulmasına görə də məsuliyyət müəyyən edilməsini təklif etdilər.