“Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” yekunlaşdı

“Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” yekunlaşdı
Bütün Xəbərlər
10:58 12.01.2016
1188
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Vasif Musayev tərəfindən Quba rayonunda həyata keçirilən “Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” layihəsi çərçivəsində sonuncu sərgi keçirilmişdir.
Quba Ticarət Yarmarkasında təşkil olunan sərgidə layihə rəhbəri Vasif Musayev çıxış edərək layihənin məqsədi və donoru olan Gənclər Fondu haqqında məlumat vermişdir.
Layihə rəhbəri Azərbaycan xalçalarının Dünya mədəniyyətinə təsirini artırmaq üçün və dünyada Azərbaycan xalçası kimi təmsil olunması üçün xalçaçılıq sənətinin qorunmasına ehtiyac olduğunu qeyd etmişdir.
V. Musayev layihənin 7 xalçaçılıq məktəbindən biri olan Quba rayonunda icrasını xüsusi olaraq vurğulamış və layihə çərçivəsində indiyədək keçirilən sərgilər barədə danışmışdır.
Sonra layihənin eksperti Azərbaycan xalçalarının dünyada tanınmasından, Azərbaycan xalçalarının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından danışmışdır.
Ekspert sərgidə nümayiş olunan Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə xalçası", "Qımıl xalçası", "Alpan xalçası", "Qollu-çiçi xalçası", "Pirəbədil xalçası", "Hacıqayıb xalçası", "Qırız xalçası", "Cek xalçası" və digəriləri haqqında geniş məlumat vermişdir.
Tədbirdə iştirak edənlərin sualları ekspert tərəfindən cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanan bukletlər paylanılmışdır.
Qeyd edək ki, bununla da “Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” layihəsi yekunlaşmışdır.
OXŞAR XƏBƏRLƏR