Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli dəyərlər daim qorunmalı və yaşadılmalıdır. Çünki milli dəyərlər bizim varlığımızın əsasıdır”.
Ulu öndərin bu fikirlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Vasif Musayev tərəfindən həyata keçirilən “Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” adlı layihənin icrasına start verilmişdir.
Layihə Quba rayonunda noyabr ayının 1-dən fevral ayının 1-nə qədər davam edəcəkdir.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür ki, bunlardan biri də Quba xalçaçılıq məktəbidir. Layihənin məqsədi də xalçaçılıq məktəbi olan Qubada milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunmasına nail olmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində xalçaçılıq sənətinin təbliği məqsədilə xalça-sərgisinin keçirilməsi, Azərbaycan xalçalarının nümunələrini əks etdirən bukletlərin və cib təqvimlərinin hazırlanması nəzərdə tutulub.